Cəmil Həsənli yenidən DTX-yə çağırıldı - SƏBƏB
13:32 SiyasətMilli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunub.
Olaylar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Milli Şura sədrinin konkret hansı məsələ ilə bağlı DTX-ya dəvət olunduğu məlum deyil.
Ancaq ehtimal edilir ki, o, Abbas Abbasovla əlaqələrinə görə çağırılıb.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başladılan cinayət işi çərçivəsində C.Həsənli noyabrın 30-da da DTX-ya çağırılmış, ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31