Sabitlik suverenliyin qeyri-formal simvoludur- ÖZƏL
11:25 Siyasət"Qlobal miqyasda qarşıdurma dalğasının yaratdığı geosiyasi fırtınalardan daha çox əziyyət çəkən subyektlər milli dövlətlərdir. Xüsusilə də, ictimai-siyasi sabitliyin pozulması halları ölkələrin əsas strateji dayaqlarının sarsılmasını şərtləndirir". "Olayalar" xəbər verir ki, bunu YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli deyib:

"İdarəedilən xaos" strategiyası və "parçala, hökmranlıq et" prinsipi əsasında mürəkkəb ssenarilərin reallaşdırıldığı indiki mərhələdə daxili sabitlik dövlət müstəqilliyi və suverenlik anlayışları ilə ekvivalentdir - eyni dəyərə malikdir.
Hazırda iqtisadi güc, hərbi potensial, demoqrafik struktur, diplomatik resurslar milli müstəqilliyin göstəricisi deyil, amma sabitlik bilavasitə suverenliyin qeyri-formal simvolu və köhnə yeni siyasi fenomendir".