ABŞ niyə Ukraynaya təzyiq edir?- ÖZƏL

"Ukrayna artıq təkcə müharibə aparan dövlət deyil. O, yeni dünya düzəninin formalaşması prosesində böyük güclər üçün alver predmetinə çevrilib. Vaşinqton, Pekin, Moskva və Brüssel hər biri Ukrayna böhranından öz maraqları üçün istifadə etməyə çalışır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Məhz bu səbəbdən Trampın Kiyevə yönəlik təzyiqlərinin kökündə humanitar yox, strateji və texnoloji prioritetlər dayanır. Onun sülh planına bu prizmadan baxdıqda bir çox məqamlar aydınlaşır: məqsəd Ukraynaya sülh gətirməkdən daha çox, ABŞ-ın Çinlə böyük qarşıdurmada əlini azad etməkdir.
Beləliklə, Trampın Ukrayna ilə sülhə tələsməsi şəxsi siyasi ambisiyalardan və ya seçki ritorikasından daha dərin səbəblərlə bağlıdır. Bu, yeni texnologiyalar və Süni İntellekt əsasında formalaşan yeni dünya düzənində ABŞ-ın liderliyini qorumaq uğrunda mübarizənin tərkib hissəsidir. Ukrayna müharibəsi isə bu böyük oyunda yalnız bir cəbhə, bir vasitədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31