Peskov Ərdoğan–Putin görüşünün uzanmasının səbəbini açıqladı

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də Aşqabadda keçirilən danışıqlar zamanı çox həssas mövzuları müzakirə ediblər.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya 1" telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında deyib.

Peskov bildirib ki, bu cür mövzuların müzakirəsi zamanı vaxtın dəqiq tənzimlənməsi çətin olur. Onun sözlərinə görə, Turkmənistanda baş tutan görüş ümumilikdə təxminən 1,5 saat davam edib.

"Belə danışıqlarda adətən çox həssas mövzular müzakirə olunur və bu zaman vaxtı nəzarətdə saxlamaq olduqca çətindir", - Peskov qeyd edib.

O əlavə edib ki, Putinin həmin gün daha sonra Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılıb və bu səbəbdən görüş qrafiki kifayət qədər sıx olub.

"Beləliklə, hər tərəfdən vaxt çatışmazlığı yaranır", - deyə Peskov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31