“Əmək haqqı ayda iki dəfə veriləcək" deyə bir şey yoxdur
18:30 Siyasət"Əmək Məcəlləsinə edilən geniş əlavə və dəyişikliklərin bəzi hissələri mediada səhv şərh olunur". "Olaylar" xəbər verir ki, bunu Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib: "Bu gün də bir yanlış şərhi göndədilər. ƏM 172.1. maddəsi qismən dəyişdilir. Əvvəlki redaksyada belədir: "Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir". Yeni layihədə imperativlik aradan qalxır. Çünki praktikada ayda iki dəfə (avans və qalan hissə olmaqla ikiyə bölünməklə) əmək haqqı ödəmək demək olar ki, mümkün deyil. Xüsusən büdcədən maliyyəşən qurumlar bunu edə bilməyəcək, çünki maliyyə nazırliyi əmək haqqının ödənilməsi xəttini ayda iki dəfə açmağa razılıq verməyəcək. Ümumiyyətlə bu hesabatlılıqda da müəyyən problemlər yaradır. Ona görə yeni təklif olunan layihədə 172.1 bu redaksiyada verilir: "Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər." Bəli, ayda iki dəfə verilə bilər, işəgötürənlə işçi arasıda razılamaya əsasən edilməlidir və əmək müqaviləsində nəzərdə tutulmalıdır. Yəni "dəyişiklikdən sonra işçilərə əmək haqqı ayda iki dəfə veriləcək" deyə bir şey yoxdur".