Ümummilli Lider Rumıniyada anılıb
12:37 SiyasətVəkillər Kollegiyasının rəhbərliyi Rumıniyada Ulu Öndərin abidəsini ziyarət edib. Kollegiyadan "Olaylar"a bildirilib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Buxarest şəhərinə rəsmi səfərə gedib.
Səfərin ilk günü nümayəndə heyəti Buxarestin Tey Parkında ucaldılmış müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi böyük ehtiram və dərin hörmətlə anılıb.
Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov (Gudsi Osmanov) da ziyarətdə iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31