Millət vəkili şəhidin anım tədbirində iştirak edib
12:36 SiyasətBöyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev Binəqədi qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunmuş şəhid Əhmədov Tacir Mehdi oğlunun anım günündə iştirak edib. "Olaylar" xəbər verir ki, şəhid ailələrinin, bələdiyyə və icra nümayəndələrinin də qatıldığı tədbirdə şəhidin məzarına gül dəstələri düzülüb, dualar oxunub.
Qeyd edək ki, şəhid Tacir Mehdi oğlu Əhmədov 2001-ci il aprelin 20-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Tacir Əhmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Binəqədi rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Tacir Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.