Mirzoyan AB rəsmiləri ilə görüşdü: Brüssel sənədi...

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Birliyi və quruma üzv dövlətlərin Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı 2025-ci ildə Ermənistan-AB tərəfdaşlığının inkişafı istiqamətində əldə olunmuş mühüm nəticələr və müsbət dinamika məmnunluqla qeyd edilib, həmçinin 2026-cı il üçün nəzərdə tutulan prioritet addımlar və planlar ətrafında fikir mübadiləsi aparılıb.

A. Mirzoyan Ermənistan-AB münasibətlərində son inkişaflara toxunaraq bildirib ki, təxminən 10 gün əvvəl Brüsseldə Ermənistan-AB tərəfdaşlığının yeni strateji gündəliyi qəbul olunub.

Onun sözlərinə görə, bu sənəd ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətləri təsbit etməklə yanaşı, gələcəkdə əməkdaşlığın daha da dərinləşdiriləcəyi əsas istiqamətləri müəyyənləşdirir.

A.Mirzoyan görüşdə regional son proseslər, o cümlədən Ermənistanın qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar barədə də məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31