Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf modelini qurdu- ÖZƏL

"Liderliyi qiymətləndirən amillər liderin atdığı addımları, onun üslubunu, davranışlarını, xüsusiyyətlərini, ən çox da tarixdə qoya bildiyi izi əhatə edən müxtəlif dəyişənlərdir. Çünkü lider siyasətçidən fərqli, daha geniş bir məfhumdur". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasinın üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib: " Onun fərqliliyi sadəcə bir millətin, xalqın deyil, böyük coğrafiyaların, xalqların taleyinə təsir edə bilməkdə gizlidir. Liderin ideaları, onun ideyalları özündən sonra gələcək nəsillərin taleyinə fundamental təsir edir. Atılan addımlar, üslub, davranışlar, xüsusiyyətlər, ən çox da tarixdə iz qoya bilmək baxımından Heydər Əliyev sadəcə Azərbaycan tarixində deyil, dünya tarixində iz qoymuş Liderdir.  Çünkü bu dahi şəxsiyyətin qəbul etdiyi qərarlar yalnız Azərbaycanın dünya xəritəsində yenidən boy göstərməsinə gətirib-çıxartmadı, həm də müəyyənləşdirdiyi strateji yol Cənubi Qafqaz xalqlarının taleyinə bu gün də təsir edir. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini hər zaman dərin ehtiram və böyük sevgi ilə yad edir. Çünki Azərbaycan xalqı bu gün yaşadığı reallığın zamanında Ulu öndərimiz tərəfindən əsası qoyulduğunu aydın dərk edir. Məhz Ulu öndərimiz Azərbaycanın müstəqilliyinin daha möhkəm əsaslarını qurdu, dövlət institutlarının demək olar ki, sıfırdan, yenidən işlək mexanizm qazanmasını təmin etdi. Eyni zamanda Azərbaycanda hökm sürən vətəndaş müharibəsinin səbəbi olan ideoloji boşluğu doldurmağı bacardı, "Azərbaycançılıq" məkurəsini Azərbaycan cəmiyyətini möhkəmləndirmək üçün əsas ideoloji xətt olaraq müəyyənləşdirdi.

1993-cü ildən başlayan və bu günə qədər uğurla davam etdirilən siyasi dəst-xəttin təməlində məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. 1993-cü ildə ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf modelini qurmağı bacardı. Məhz Ümummilli Liderin iqtisadi strategiyası nəticəsində Azərbaycan əsil müstəqilliyinə qovuşdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31