Azərbaycan Avropa dövlətləri üçün etibarlı tərəfdaşdır- ÖZƏL
12:50 Siyasət"Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan əsas təchizatçılardan biridir". "Olaylar" xəbər verir ki, bunu YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib: " Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bugün həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində Avropa dövlətləri üçün etibarlı tərəfdaş statusunu möhkəmləndirməkdədir. Azərbaycan Şərqlə Qərb arasında ən etibarlı nəqliyyat qovşaqlarından biridir. Orta Dəhliz layihəsi Mərkəzi Asiya ilə Avropanı birləşdirərək Slovakiya üçün yeni nəqliyyat və tranzit imkanları yaradır. Azərbaycanın öz ərazisində əlavə logistika və nəqliyyat infrastrukturuna investisiyaları artdıqca Bratislavanın bu dəhlizdə rolu da genişlənəcək. Azərbaycanın "yaşıl enerji" potensialı 2 giqavat olmaqla növbəti illərdə 8 giqavata qədər artırılacaq. Xəzər-Qara dəniz-Avropa yaşıl enerji xətti Slovakiyanı alternativ enerji ilə təchiz etməyə imkan verəcək.
Bundan əlavə, Azərbaycanın regionda yaratdığı böyük data mərkəzləri Slovakiya üçün rəqəmsal əməkdaşlıq sahəsində yeni imkanlar açır və süni zəka infrastrukturunun inkişafına töhfə verir. Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində sinerji yaratmaq niyyətindədir. Məqsəd sülhsevər istiqamətdə, texnoloji imkanların birləşdirilməsi yolu ilə yeni məhsul və layihələrin hazırlanmasıdır".