Türkiyə səfiri: Heydər Əliyev qurucu bir liderdir
12:30 Siyasət"Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın formalaşmasında mühüm rol oynayıb".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bu gün ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın müstəqilliyi dövründə qarşılaşdığı çoxsaylı çətinlikləri böyük bir dövlət xadimi olaraq aradan qaldırıb, ölkənin müstəqilliyini, iqtisadiyyatını və siyasi sabitliyini gücləndirib:
"Bu günkü Azərbaycan onun uzaqgörən siyasəti və əvəzsiz rəhbərliyi sayəsində inkişaf edib və möhkəmlənib". (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31