İlham Əliyev və Ərdoğan 2026-cı ildə İrəvana gedəcək! Avropa Siyasi Birliyi sammiti barədə şok iddialar
00:23 SiyasətMusavat.com xəbər verir ki, Türkiyə mediasında diqqət çəkən yeni bir iddia yayılıb. "Türkiye Gazetesi"nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı ilin yazında Ermənistana səfər edə bilərlər.
Bildirilir ki, dövlət başçılarının səfəri İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi (EPC) sammiti çərçivəsində reallaşa bilər.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan rəsmi şəkildə elan edib ki, məhz həmin sammit 2026-cı ilin yazında İrəvanda keçiriləcək. Avropa İttifaqına üzv və qeyri-üzv dövlətləri bir araya gətirən bu format son illərdə mühüm siyasi platformaya çevrilib.
Türkiyə mediasında yayılan xəbərlərdə daha bir maraqlı detal da yer alıb - ABŞ Prezidenti Donald Trampın da bu toplantıya qatılacağı ehtimal edilir. Bu məlumat hələ ki, rəsmi dairələr tərəfindən təsdiqlənməsə də, regional və beynəlxalq müstəvidə böyük maraq doğurub.
Qeyd edək ki, həm Əliyevin, həm də Ərdoğanın sammitdə iştirakı barədə rəsmi açıqlama yoxdur. Lakin "Türkiye Gazetesi" kimi nəşrlərdə yer alan bu iddialar regionda yeni diplomatik mənzərə və danışıqların istiqaməti barədə suallar doğurur.
Beləliklə, 2026-cı ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammiti həm Ermənistan üçün, həm də regionun ümumi siyasi gündəliyi baxımından mühüm hadisə ola bilər. Bu toplantının Əliyev, Ərdoğan və Tramp kimi liderlərin iştirakı ilə baş tutacağı halda isə, Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcına çevriləcəyi istisna edilmir.