Putinə Azərbaycanla bağlı müraciət edildi - hiylə

Erməni katolikos Rusiya liderinin Qarabağdakı "abidələrə" sahib çıxmasını istəyir - Moskvaya nə dəxli?! 

Katolikos I Aram Qazaxıstanda keçirilən Dünya və Ənənəvi Dinlər Liderlərinin VIII Qurultayında prezident Vladimir Putin və patriarx Kirildən Azərbaycan hakimiyyəti ilə danışıqlarda "artsaxın dini və mədəni irsinin təhlükəsizliyinin təmin edilməsi, habelə erməni məhbusların vaxtından əvvəl azad edilməsi üçün lazımi səylər göstərmələrini" xahiş edib. 

Bu barədə "Bakı-Xəbər" yazıb. Erməni katalikosun Kreml liderindən dəstək gözləməsi yeni hiyləgər davranışdır. Onsuz da bu müraciətin nəticəsi olmayacaq. Amma qurultayda məsələ qaldırması və diqqəti Rusiya prezidentinə yönəltməsi olduqca maraqlıdır. Axı Azərbaycan-Rusiya əlaqələri indi soyuqdur və Bakı Moskvadan gələcək hansısa tələbi yerinə yetirməz, o ki qala belə bir absurd çağırışlar olsun.  

Erməni həyasızlığının pik həddi isə odur ki, Qarabağda cəmi 100-150 il yaşayıb, indi "dini və mənəvi abidələr"dən danışır. Amma Ermənistan və Qarabağ ərazisində ermənilər türklərə məxsus minilliklərlə yaşı olan abidələri darmadağın edib üstünü də basdırıblar. Hazırkı İrəvan şəhəri qədim türk abidələrinin - İrəvan qalasının xarabalıqları üstündə tikilib. Bunu erməni alimləri də təsdiqləyir. Hazırda İrəvan şəhərində 100 ildən çox yaşı olan tarixi abidə mövcud deyil. Sual verən yoxdur ki, ermənilər bu ərazinin aborigenləridirsə, nədən onların bir neçə əsr əvvələ aid tarixi abidələri yoxdur?  

Mühakimə edilən hərbi canilərə gəlincə, rəsmi Moskva Zaxarovanın dili ilə bir dəfə bəyan edib ki, Azərbaycandan gələcəkdə humanist addım gözləntiləri var. Yəni olduqca ütülü bir diplomatik dillə mesaj verilib. Çünki Kremlin erməni terrorçularını azad etdirmək üçün nə haqqı, nə də təsir gücü var.  

Bunu bilən katalikos, görəsən, nəyə ümid edir? Putinin Azərbaycan hakimiyyətinə müəyyən təsir imkanları varmı? 

AĞAMALI Günay Fəzail qızı

Günay Ağamalı 

Deputat Günay Ağamalı "Yeni Müsavat"a dedi ki, belə çağırışların heç bir əhəmiyyəti yoxdur: "Bu müraciət əvvəldən düşünülmüş, planlı siyasi gedişdir. Kreml rəhbərliyi bölgədə onlara ehtiyac var görüntüsünü formalaşdırmaqla keçmiş narrativlər üzərindən özünün zəifləyən mövqelərini bərpa etməyə çalışır. Bu kontekstdə, din xadiminin dili ilə keçmiş qondarma qurumun adının hallandırılması hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalara qarşı müxalif mövqelərin güclənməsinə hesablanıb. Çünki Rusiyanın Ermənistandakı əsas dayaqlarından biri də kilsə və din xadimləridir. Ancaq bu cəhdin heç bir siyasi və hüquqi əsası yoxdur. Bu tip manipuliativ gedişlərlə Bakının mövqeyinə və regional dinamikaya təsir etmək mümkün deyil. Qarabağda cəmi 100-150 il əvvəl məskunlaşmış ermənilərin "dini və mədəni irs" iddiası əslində tarixə saxtakarlıqla yanaşmağın bariz nümunəsidir. Halbuki məhz ermənilər əsrlərlə azərbaycanlılara məxsus abidələri, məscidləri, qəbiristanlıqları dağıdıb, tarixi yaddaşımızı silməyə çalışıblar".  

Deputatın fikrincə, Kremlin dəfələrlə verdiyi bəyanatlar göstərir ki, humanizm prinsipləri barədə yalnız ümumi diplomatik ifadələr işlədilir: "Heç bir dövlətin Azərbaycanın suveren qərarlarına təsir etmək gücü yoxdur. Erməni katolikosunun belə bir müraciətə əl atması onun siyasi mövqe qazanmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün tarixi, mədəni və dini irsimizə sahib çıxır, onu bərpa edir və qoruyur". 

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib | Modern.az

Kənan Rövşənoğlu

Dini mövzular üzrə yazar Kənan Rövşənoğlunun müşahidələrinə görə, katolikosun Rusiya prezidentinə müraciəti siyasi məqsədlər güdür:"Əvvəla, Qarabağda hansısa erməni abidəsinin dağıdılması ilə bağlı fakt yoxdur. Varsa, bunun üçün müvafiq beynəlxalq qurumlara müraciət etmək lazımdır. BMT, UNESCO və sair. Qarabağda hazırda Rusiya sülhməramlı qüvvələri yoxdur, yəni Rusiyanın Qarabağdakı abidələrə hər hansı əlaqəsi və ya müdaxiləsi imkanı yoxdur. Üstəlik, belə faktlar varsa, bunu Ermənistanın rəsmi təmsilçisi - baş nazir bildirə bilərdi. Erməni kilsəsi Rusiya ilə 200 ildən çoxdur ki, dərin əlaqələrə malikdir. Hətta Cənubi Qafqazın işğalı zamanı əməkdaşlığa görə Rusiya çarı Aleksandr erməni kilsəsini mükafatlandırıb. İndi isə Paşinyana qarşı erməni kilsəsi Rusiya ilə ittifaqa girmək istəyir və ya artıq belə bir ittifaq var".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31