Qubadlıda kiril əlifbası ilə yazılmış rayon adı latın qrafikası ilə əvəzlənib – ÖZƏL
14:08 SiyasətQubadlıda kiril əlifbası ilə yazılmış rayon adının dəyişdirilərək Azərbaycan əlifbasına uyğun şəkildə latın qrafikası ilə yazılıb.
Olaylar.az xəbər verir ki, rayon ərazisindəki köhnə lövhədə "Qubadlı" sözü kiril hərfləri ilə yazılmışdı. Bu vəziyyət, Azərbaycan Respublikasının qanunvericiliyinə görə rəsmi yazılarda yalnız latın qrafikasından istifadə edilməsi səbəbindən çaşqınlıq yaratmışdı.
Yeni məlumata görə, müvafiq qurumların operativ müdaxiləsi nəticəsində kiril əlifbası ilə yazılmış yazı qısa müddət ərzində dəyişdirilərək Azərbaycan əlifbasına uyğun latın qrafikası ilə əvəzlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31