ƏHD Partiyası Baş Prokurorluq və DTX-yə çağırış etdi

ƏHD Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İdarə Heyəti ictimai-siyasi məsələlərin müzakirəsindən sonra Bəyanat qəbul edib. "Olaylar"ın məlumatına görə, bəyanatda deyilir:
- ƏHD Partiyasının İdarə Heyəti ictimai-siyasi vəziyyəti müzakirə edərək, Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətini, böyük ictimai rezonans doğuran Adnan Əhmədzadənin həbsi ilə əlaqədar, ölkənin gözdən salınmasına xidmət edən şayiələrin qarşısının alınması üçün, rəsmi məlumat yaymağa çağırır.
ƏHD Partiyası Dərnəgül tikinti materialları bazarının şəhərin kənarına köçürülməsi barədə hökumətin qərarını müdafiə edir, hökuməti o cümlədən cəzaçəkmə müəssiələrinin, Heydər Əliyev adına Neft Emalı Zavodunun özəlləşdirilməklə, həmçinin "Baku Steel Company" QSC-nin şəhərin kənarına köçürülməsi, Sədərək bazarının yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə yenidən tikilməsi barədə də qərarlar qəbul etməyə çağırır.
ƏHD Partiyası ölkə iqtisadiyyatını canlandırmaq üçün tikinti sektorunda inhisarçılığa və proteksionizmə son qoyulması üçün hökuməti ciddi qərarlar qəbul etməyə, SOCAR, AZAL kimi iri şirkətlər də daxil olmaqla, dövlət müəssiələrini və xidmət sahələrini özəlləşdirməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31