Ukraynada sorğu: Zalujnı Zelenskini qabaqlayır

Ukraynada keçirilən yeni ictimai rəy sorğusu ölkədə prezident seçkiləri keçirilsə, sabiq baş komandan və hazırkı Britaniyadakı səfir Valeri Zalujnının öndə olacağını göstərib.

Musavat.com xəbər verir ki, "Reytinq" tədqiqat qrupunun apardığı araşdırmaya əsasən, Zalujnıya səs verəcək respondentlərin sayı 33,4% təşkil edib. Hazırkı prezident Vladimir Zelenski isə 28,5% dəstək toplayıb.

Mütəxəssislər bildirirlər ki, bu göstəricilər Zalujnının siyasi səhnədə mövqelərinin gücləndiyini, Zelenskinin isə dəstək səviyyəsinin azaldığını nümayiş etdirir. Bu, Ukraynada gələcək siyasi proseslər üçün mühüm siqnal kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31