ABŞ Nümayəndələr Palatası "erməni lobbisi" təsirindədir- ÖZƏL
15:14 Siyasət"ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində erməni lobbisinin dəstəyi ilə Azərbaycan əleyhinə düzəliş qəbul olunması Donald Trampın siyasi xəttinə ziddir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Azərbaycanla Ermənistan arasında sülh mətnin paraflanması və ABŞ prosesdə vasitəçi olması, Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması fonunda belə bir düzəlişin edilməsi Rusiyanın maraqlarına xidmət edir.
Xarici əlaqələr komitəsində qəbul edilən düzəliş Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaqdan ibarətdir. Ümumiyyətlə, bu düzəliş Azərbaycanın üçün heç bir siyasi və hüquqi qüvvəsi yoxdur. Bu, Azərbaycanın daxilinə işinə qarışmaqdan ibarətdir. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan köçən ermənilərin geri dönüşünün mümkün olmadığını və onlara Ermənistan vətəndaşlığı veriləcəyini qeyd edib. Separatçı "liderlərin" həbsi isə, bu Azərbaycanın daxili işidir.
ABŞ Nümayəndələr palatası hüquqi ədalət axtarırsa, İsrailin Qəzzada həyata keçirdiyi humanitar böhranla bağlı qərar qəbul etməlidir. Nümayəndələr palatası isə, sifarişlə qərarlar qəbul edir".