Ermənistanda kilsə böhranı: Paşinyanın namizədi vurulur – ÖZƏL

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin dövlət və kilsə münasibətlərində yeni bir mərhələ açır. O, "bütün ermənilərin katolikosu" seçkilərində Ovanavanq monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləyəcəyini açıqlayıb.
Hakimiyyət isə  Asatryanı mövcud kilsə rəhbərliyinə qarşı çıxan və kilsə intizamını pozan yeganə din xadimi kimi təqdim edir. Bu addım Paşinyanın II Qareginin istefası tələbindən geri çəkilməyəcəyi barədəki bəyanatından sonra atılıb. Hökumət ilə kilsə arasındakı gərginlik, Paşinyanın ali ruhanilərə yönəlik sərt tənqidlərindən sonra daha da şiddətlənib.
Baş nazirin katolikosun seçilməsi qaydalarının dəyişdirilməsi təklifi də bu gərginliyin bir hissəsidir. 

"Ermənistan Baş naziri Nikol Paşinyan çox yaxşı bilir ki, uzun illərdir Erməni Kilsəsi ölkəsində Rusiyanın "beşinci kolonu" kimi fəaliyyət göstərir. Hazırkı katolikos  II Qaregin, bu vəzifənin öhdəsindən layiqincə gələn bir casusdur. O, Ermənistan dövlətinə və xalqına qarşı uzun illərdir casusluq edir, ölkənin milli maraqlarına zidd fəaliyyətlə məşğul olur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında  Ermənistan Baş naziri Nikol Paşinyanın   "bütün ermənilərin katolikosu" seçkilərində Ovanavanq monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləyəcəyini açıqlamasına  münasibət bildirən   Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu gün isə Ermənistan hakimiyyətinin yürütdüyü siyasətlə II Qareginin təmsil etdiyi maraqlar tamamilə ziddiyyət təşkil etdiyi üçün kilsə-hökumət qarşıdurması hazırkı mərhələyə qədər gərginləşib. Beləliklə, bu ilin yaz aylarından başlayan bu qarşıdurmanın sonuncu və həlledici mərhələsinə keçid gözlənilən bir prosesdir. 

T. Əliyevin sözlərinə görə, Nikol Paşinyanın Erməni Apostol Kilsəsi daxilində yeni namizədin adını rəsmən elan etməsi o anlama gəlir ki, o, ilin sonuna qədər, ən geci gələn ilin əvvəlində, yəni parlament seçkilərindən xeyli əvvəl (Ermənistanda gələn ilin yayında növbəti parlament seçkiləri olacaq), kilsədə islahatlar aparmaq niyyətindədir.

Siyasi şərhçi əlavə edib ki, Paşinyan kilsəni özünə rəqib olan düşərgənin təbliğat şəbəkəsindən çıxararaq öz tərəfdarlarına, öz təbliğat şəbəkəsinə qoşmağa çalışır və çox güman ki, buna nail olacaq. Gərginlik bundan sonra daha da arta bilər, lakin kilsə-hökumət qarşıdurmasının vətəndaş müharibəsinə çevriləcəyini və ya ciddi hakimiyyət böhranı yaradacağını düşünmürəm. Proseslər ya bu ilin sonuna, ya da gələn ilin ilk rübündə Nikol Paşinyanın namizədinin qələbəsi ilə yekunlaşacaq və bundan sonra Paşinyan diqqətini kilsəyə deyil, birbaşa ölkənin ictimai-siyasi həyatına yönəldəcəkdir.

Qeyd  edək  ki, Ermənistan hakimiyyəti isə  Asatryanı mövcud kilsə rəhbərliyinə qarşı çıxan və kilsə intizamını pozan yeganə din xadimi kimi təqdim edir. Bu addım Paşinyanın II Qareginin istefası tələbindən geri çəkilməyəcəyi barədəki bəyanatından sonra atılıb. Hökumət ilə kilsə arasındakı gərginlik, Paşinyanın ali ruhanilərə yönəlik sərt tənqidlərindən sonra daha da şiddətlənib.
Baş nazirin katolikosun seçilməsi qaydalarının dəyişdirilməsi təklifi də bu gərginliyin bir hissəsidir. 

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31