Azad Məsiyev: Paşinyan hökuməti ABŞ-nin icazəsi olmadan qərar vermir – ÖZƏL
13:20 Siyasət"ABŞ Paşinyanı hakimiyyətə gətirdikdən sonra Ermənistanda bütün strukturlara "Sorosçular" - yəni, Amerika yönlü kadrlar yerləşdirildi. Rəsmi və qeyri-rəsmi bütün sahələrdə ABŞ yönlü şəxslərin olması artıq faktdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu gün Ermənistanda baş verən bütün proseslərdə ABŞ nəzarət imkanına malikdir. Paşinyan atacağı addımları da, qəbul etdiyi qərarları da ABŞ-dən icazə alaraq həyata keçirir. Məsələ bundadır ki, hazırda Ermənistan tam şəkildə ABŞ-nin nəzarəti altındadır.
Siyasi şərhçi qeyd edib ki, son vaxtlar Amerikadan Ermənistana turist axının artması ABŞ rəsmilərində müəyyən narahatlıq doğurur. Çünki sərhəd bölgəsinə turistlərin səfəri məqsədəuyğun hesab edilmir. 8 avqust görüşündən sonra ABŞ çalışır ki, Ermənistan, Azərbaycan və Vaşinqton arasında əldə olunmuş razılaşmalara xələl gəlməsin. Buna görə də amerikalı vətəndaşların sərhəd bölgəsinə getməsi məqsədəuyğun sayılmır. Çünki sərhəddə baş verə biləcək hər hansı xoşagəlməz hadisə Ermənistan-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ABŞ Dövlət Departamenti vətəndaşlarına sərhəd bölgəsinə getməyi qadağan edib. Burada məqsəd ondan ibarətdir ki, baş verəcək hər hansı xoşagəlməz hadisənin məsuliyyəti ABŞ-nin üzərinə yazılmasın. Bildiyiniz kimi, Avropa İttifaqı adından sərhəddə müşahidə qrupu yerləşdirilib. ABŞ isə sərhəd bölgəsində baş verə biləcək hadisələrdə adının hallanmasının qarşısını almaq üçün əvvəlcədən tədbir görüb.
Ekspert qeyd edib ki, bu məsələlər ciddi narahatlıq yaradacaq mövzular deyil. Çünki ABŞ-nin kadrları artıq Ermənistanın bütün strukturlarında yerləşdirilib. Ermənistanda baş verən bütün hadisələr ABŞ-nin nəzarəti altındadır və onların icazəsi olmadan heç bir proses baş vermir.
Bu baxımdan vətəndaşların sərhədə getməsinin qadağan olunması, həmçinin Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi ərəfəsində sərhəd bölgəsində hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün atılan addım kimi qiymətləndirilə bilər.
Sevda Dəniz