Azərbaycan Vaşinqtonda etibarlı tərəfdaş statusunu bir daha təsdiqlədi- ÖZƏL

"Vaşinqtonda ABŞ və Azərbaycan dövlət başçıları tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" ikitərəfli münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi istiqamətində irəliyə atılmış mühüm addımlardan biri hesab olunur". Olaylar xəbər verir ki, bunu YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev deyib: "Prezident İlham Əliyev Anlaşma Memorandumunu Azərbaycan üçün tarixi nailiyyət adlandırıb: "Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu, Azərbaycan üçün tarixi nailiyyətdir, çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur." Azərbaycan və ABŞ arasında qurulan strateji tərəfdaşlıq, hər iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, daha sabit, dayanıqlı və təhlükəsiz bir gələcəyin formalaşmasına zəmin yaradır".

Onun sözlərinə görə, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycan-ABŞ münasibətlərində məhdudlaşdırıcı rol oynayan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə Sərəncam imzalaması ABŞ-nın də Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu göstərir: "Sözügedən düzəliş erməni diasporunun ciddi cəhdi ilə dövlət müstəqilliyimizi bərpa etdikdən az sonra tətbiq edilmiş və Azərbaycanı ədalətsiz sanksiyalara məruz qoymuşdu. Prezident İlham Əliyev 907-ci düzəlişinin tətbiqinin dayandırılması qərarını "ədalətin bərpası" kimi qiymətləndirib: "Azərbaycana qarşı həmin məhdudiyyətlər 1992-ci ildə - müstəqilliyinin bərpasından bir il sonra tətbiq edilib. Bizə qarşı tətbiq edilmiş bu məhdudiyyət 33 ildən sonra bu gün aradan qaldırıldı. Həqiqətən bu gün Azərbaycan xalqının yaddaşına həm qürur, həm də Prezident Trampa minnətdarlıq hissi ilə həkk olunacaq." Bu səfər və onun nəticələri, Azərbaycanın xarici siyasətində əlamətdar bir dönüş nöqtəsi olmaqla yanaşı, ölkənin beynəlxalq miqyasda artan nüfuzunun və etibarlı tərəfdaş statusunun təsdiqidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31