Paşinyan: "Vaşinqtonda imzalanan saziş Rusiya və İran üçün də ciddi faydalar vəd edir"
10:09 Siyasət"Vaşinqtonda imzalanmış yeni saziş yalnız bölgə ölkələri üçün deyil, həm də Rusiya və İran üçün əhəmiyyətli iqtisadi imkanlar yaradacaq.
Olaylar/az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin "Fox News" telekanalına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, bu sənədin icrası nəticəsində İran və Rusiya da fayda görəcək:
"Bu sənədin icrası nəticəsində İran Körfəzdən Qara dənizə qədər dəmir yolu ilə çıxış əldə edəcək, Rusiya ilə İran arasında isə birbaşa dəmir yolu əlaqəsi mümkün olacaq".
O qeyd edib ki, hazırda Cənubi Qafqazdan keçməklə İranı Rusiya ilə birləşdirən dəmir yolu mövcud deyil. Bu baxımdan, əldə edilmiş razılaşma təkcə Ermənistan, Azərbaycan, Türkiyə və ABŞ üçün deyil, həm də İran və Rusiya üçün unikal iqtisadi perspektivlər açır.
"Bu layihə təkcə iqtisadi baxımdan deyil, həm də beynəlxalq sabitlik və təhlükəsizlik nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir", - Paşinyan əlavə edib.