Podolyak: Rusiya-Ukrayna konflikti yalnız üçtərəfli görüşlə həll edilə bilər - ÖZƏL
15:10 SiyasətUkrayna prezidentinin administrasiyasının müşaviri Mixail Podolyak bildirib ki, Rusiya-Ukrayna konfliktinin həlli üçün ABŞ, Ukrayna və Rusiya prezidentləri - Donald Tramp, Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa üçtərəfli görüş keçirilməlidir. Olaylar.az xəbər verir ki, Podolyak İtaliyanın Corriere della Sera qəzetinə verdiyi müsahibədə deyib: "Tramp, Zelenski və Putin arasında birbaşa üçtərəfli görüş olmadan Rusiya-Ukrayna müharibəsi yalnız sona çatmayacaq, hətta bu mövzunu müzakirəyə belə başlamayacağıq".
O, həmçinin qeyd edib ki, Kiyev atəşkəs məsələlərini, o cümlədən hava əməliyyatlarını müzakirə etməyə hazırdır və bunu danışıqlar prosesinin başlanğıcı kimi görür. "Hər hansı atəşkəs, xüsusilə də genişmiqyaslı atəşkəs, tam danışıqların başlanğıcı üçün əsas nöqtədir", - Podolyak ABŞ-nin tam atəşkəs təklifini xatırladıb.
Qeyd olunur ki, 15 avqustda Alyaskada ABŞ və Rusiya prezidentlərinin görüşü planlaşdırılır. Bu görüşdə Volodimir Zelenski və Avropa ölkələrinin nümayəndələrinin iştirak etməsi gözlənilmir.