Zəngəzur dəhlizinin (Tramp yolu) açılması yeni tranzit imkanları yaradır- ÖZƏL

"Zəngəzur dəhlizinin (Tramp yolu) açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır". Olaylar xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "ABŞ-da aparılan müzakirələr bu məsələlərin hüquqi və texniki aspektlərini əhatə etdi. Dövlət başçısı İlham Əliyev Ağ Evdə mətbuata bəyanatında, həmçinin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində də ölkəmizin tranzit imkanlarına diqqəti yönəltdi. "O ki qaldı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinə, bilirsiniz ki, bu mövzu ətrafında biz son beş ildə nə qədər şayiələr, nə qədər təxribatlar ilə üzləşmişik. Müxtəlif ölkələrin rəhbərləri Azərbaycanın guya ermənilərə hücum etməyi planlaşdırdığı barədə şayiələr yayırdılar, ölkəmizin bu ərazini guya güc yolu ilə ələ keçirməyi planlaşdırdığını deyirdilər. Bunun yalan məlumat olduğu barədə bütün cavablarımız nəticə vermirdi, çünki bu yanlış təsəvvür Vaşinqton da daxil olmaqla, artıq yaranmışdı. Bu azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası idi və biz bunu dəqiq bilirik" fikirlərinin davamı olaraq cənab İlham Əliyev vurğuladı ki, çünki bir çox hallarda avropalı tərəfdaşlarımızla söhbətlərdə onlar bizə bu məlumatın Baydenin komandasından gəldiyini deyirdilər. Onlar Azərbaycanın guya aqressiv niyyətləri barədə qəsdən şayiələr yayırdılar. Hətta Prezident Trampın administrasiyasının ilk aylarında bəzi dövlət qurumlarında köhnə komandanın hələ də çalışan nümayəndələrindən gələn belə yalanlar olub. Onların fəaliyyətinə əsas təsiri Azərbaycana nifrət edən "Human Rights Watch", "Freedom House" kimi QHT-lər və ya USAID, "Azadlıq" radiosu göstərib. Prezident Tramp dünyanı USAID adlanan bu fəlakətdən məharətlə xilas etdi. Beləliklə, bu, bizim üçün bu məlumatların yanlış olduğunu izah etmək bir növ çağırış idi. Ona görə də izah etməli idik ki, bizim belə bir niyyətimiz yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31