Zəngəzur dəhlizi (TRIPP) mütləq açılacaq- ÖZƏL

"44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdıqdan sonra Prezident İlham Əliyev dəfələrlə çıxışlarında, KİV-ə verdiyi müsahibələrində Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizinin açılacağını bəyan etmişdir. Prezidentimiz qeyd etdiyi daha bir məsələ öz həllini tapır. Vaşinqiton görüşündə Azərbaycanın tələbi də Ermənistan tərəfindən qəbul edildi". Olaylar xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov deyib: "Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır. Bununla bağlı Vaşinqtonda Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanmışdır. Prezident D.Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq. Bir sözlə görünən ondan ibarətdir ki, Azərbaycan Prezident İlham ƏIiyevin liderliyi ilə bütün hədəflərinə nail olur. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Sonra mövqelərini daha da möhkəmləndirən Azərbaycan bölgə də sülhün və təhlükəsizliyin təmin olunması üçün müvafiq şərtlərini açıqladı və Ermənistan bu şərtləri Vaşinqiton görüşün də qəbul etdi. Bundan sonra tam əminliklə demək olar ki, Azərbaycanı ancaq yeni-yeni uğurlar və qələbələr gözləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31