ABŞ-Azərbaycan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur- ÖZƏL

"Vaşinqitonda baş tutan tarixi səfər həm də Azərbaycan-ABŞ əlaqələrinin inkişaf etdirilməsi ilə yadda qaldı.  İki ölkənin Prezidentləri bir-biri ilə səmimi, mehriban söhbətlər apardılar, müzakirələr qurdular". Olaylar xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov deyib: "Xüsusilə də, ABŞ prezidenti Azərbaycan Prezidenti haqında xoş sözlər söylədi, fikirlər səsləndirdi. Bununla da bir daha təsdiqləndi ki, Prezident İlham Əliyev hələ 2024-cü ilin  noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkiləri zamanı D.Trampın namizədliyini dəstəkləməklə düzgün və  müdirik mövqe sərgiləyib. Nəzərə almaq lazımdır ki, ABŞ-da planlaşdırılan prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev  cəsarət və uzaqgörən siyasət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmişi, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdir. Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi dövründə ABŞ-ın heç bir müharibəni başlatmadığını, onun ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini bildirib Vaşinqiton görüşündən sonra qeyd etmək olar ki, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" buna əyani sübutdu. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə və Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq sahələrini əhatə edir. Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31