Zəngəzur dəhlizi (Tramp yolu) sabitlik və rifah baxımından böyük imkanlar açacaq- ÖZƏL

"Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri mühüm sənədlərin imzalanması ilə tarixə yazıldı". Olaylar xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın  avqustun 8-də Ağ Evdə görüşləri və  mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Cənab İlham Əliyev bildirdi ki, bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Həqiqətən də məhz "Tramp rifah və sülh marşrutu" rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır: "Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31