“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” Naxçıvanla maneəsiz bağlantını təmin edəcək- ÖZƏL
12 Avqust 2025 11:37 Siyasət"Avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda 35 il davam edən münaqişəyə son qoyulmasına dair Birgə Bəyannamənin imzalanması ilə nəticələnib və bu, regionda davamlı sülh və sabitliyin bərqərar olması yolunda böyük addım oldu". Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Bəyannamədə yer alan məsələlər, xüsusilə Azərbaycanın bütün tələblərinin qəbul edilməsi yekun sülh sazişinin imzalanması önündə böyük əngəlin qalmadığını deməyə əsas verir. Prezident İlham Əliyevin Vaşinqton səfərinin nəticələri və regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar, Azərbaycanın müharibədən sonrakı mərhələdə qazandığı ən mühüm siyasi nailiyyətlərdən biridir. Dövlət başçısının sülh prosesində nümayiş etdirdiyi liderlik, bölgəni yeni müharibə təhlükəsindən xilas etdi. Müharibə dövründə əldə olunan hərbi qələbə ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, ardınca isə sülh gündəliyi uğurla həyata keçirilib. Bu, həm Azərbaycanın, həm də bütün regionun gələcəyini təhlükəsiz və sabit inkişaf yoluna çıxaran strateji dönüş nöqtəsi oldu. İmzalanmış sənəddə ən diqqətçəkən məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Zəngəzur dəhlizinin beynəlmiləlləşməsi və regionda Qərbin iştirakı ilə yeni siyasi xəritənin formalaşmas Cənubi Qafqazda yeni dövrün başlanğıcı, Azərbaycan diplomatiyasının isə yeni uğuru kimi dəyərləndirilir".