Vaşinqtonda bağlanan sülh Rusiyanın böyük məğlubiyyətidir - Duqindən ŞOK ETİRAF

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması Rusiyanın Cənubi Qafqaz siyasətinin uğursuzluğudur. Rusiya regionda nüfuzunu itirib və günahkarlar cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu "bərpa etmək" vaxtıdır.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın milli siyasətinin memarlarından sayılan avrasiyaçı alim Aleksandr Duqin deyib.

"Bu müqavilə bizim gücsüzlüyümüzün sübutudur. Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə olaraq məğlubiyyət deyil, hər bir rusiyalının üzünə vurulan sillədir".

Paşinyanı və Əliyevi günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz. Etiraf etməliyik: danışıqları yanlış adamlara həvalə etdiyimiz üçün məğlub olduq. Bunu alçaqlıq kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq.

Günahkar cavab verməlidir. "Ya biz öz maraqlarını müdafiə etməyə qadir olan imperiyayıq, ya da "müttəfiqlərimizin" bizə xəyanətini seyr etməkdən utanıb istefa verəcəyik. Ədalət olmasa, gələcəyimiz də yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31