Zaxarova: Digər ölkələr Zelenskinin məsləhətlərindən imtina edəcək - ÖZƏL
20:15 SiyasətRusiya XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, Vladimir Zelenskinin qayğısına ehtiyacı olan yeganə tərəf Ukrayna xalqıdır.
Digər ölkələrin xalqları və rəhbərləri Vladimir Zelenskinin məsləhətlərindən imtina edəcəklər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "TV Mərkəz" telekanalına açıqlamasında bildirib. O, bu sözləri Zelenskinin "Rusiya Prezidenti Vladimir Putin Alyaskada keçiriləcək danışıqlarda ABŞ lideri Donald Trampı aldatmağa çalışacaq" bəyanatını şərh edərkən deyib.
"Zelenskinin qayğısına ehtiyacı olan yeganə tərəf Ukrayna xalqıdır. Amma məhz onlara Zelenskinin heç bir dəxli yoxdur", - deyə diplomat bildirib. Şərh "TV Mərkəz" telekanalının Telegram kanalında dərc olunub.
Zaxarovanın sözlərinə görə, digər dövlətlərin xalqları və rəhbərləri "onun dəyərsiz məsləhətlərindən asılı qalmadan da yol tapacaqlar".
İbrahim Məmmədli