Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilk dəfə olaraq “separatizm” anlayışına aydınlıq gətirir

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilk dəfə olaraq "separatizm" anlayışına aydınlıq gətirir.

Olaylar xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tam mətnində əksini tapıb.

"Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər", - sənəddə deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31