Azərbaycanın diplomatik uğurunun növbəti mərhələsi- ÖZƏL
11:14 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində Ağ Evdə mətbuata bəyanatla çıxışı və ölkəmizin media nümayəndələrinə verdiyi müsahibə, dövlətimizin diplomatik mövqeyinin gücünü bir daha nümayiş etdirdi. Bu çıxışlar, Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun, siyasi iradəsinin və milli maraqlarının qorunması istiqamətində həyata keçirilən qətiyyətli siyasətin bariz nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy Rayon Təşkilaqtının üzvü Anar Məmmədov deyib: "Prezident İlham Əliyev, strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, regional təhlükəsizlik, enerji əməkdaşlığı və sülh prosesinin irəliləməsi məsələlərinə dair aydın və prinsipial mövqeyini ifadə edərək, Azərbaycanın beynəlxalq hüquq və ədalət prinsiplərinə sadiqliyini bir daha bəyan etdi. Onun Ağ Evdəki bəyanatı, dövlətimizin müstəqil siyasət yürütmə əzmini, milli maraqlara sadiqliyini və qlobal miqyasda etibarlı tərəfdaş imicini möhkəmləndirdi.
Media nümayəndələrinə müsahibəsində isə Prezident, ölkəmizin əldə etdiyi uğurlar, gələcək inkişaf istiqamətləri və qarşıda duran vəzifələrlə bağlı əhatəli fikir mübadiləsi apararaq, cəmiyyətə açıq və şəffaf informasiya təqdim etdi. Bu, həm dövlət-xalq birliyinin, həm də hökumət-media əməkdaşlığının mühüm göstəricisidir.
Prezident İlham Əliyevin Ağ Evdə səsləndirdiyi hər bir fikrin arxasında Azərbaycanın güclü iradəsi, strateji baxışı və qlobal proseslərə təsir imkanları dayanır. Bu bəyanatlar, gələcək illər üçün ölkəmizin xarici siyasət kursunun mühüm istiqamətlərini müəyyənləşdirən tarixi məqam kimi yadda qalacaqdır".