İranın Zəngəzur dəhlizinə mane olmaq potensialı yoxdur- ÖZƏL
10:16 Siyasət"ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə Birgə Bəyannaməsi Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcdır. ABŞ Cənubi Qafqazda öz geosiyasi mövqeyini gücləndirməklə, regionun Rusiya və İranın hərbi təhdidlərindən müdafiə edəcək. Məhz "Zəngəzur dəhlizinə" ABŞ-ın nəzarət etməsi fiziki olaraq bu regionda yerləşməsi deməkdir". Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "ABŞ Zəngəzur dəhlizinə nəzarətinə İran qarşı çıxır. Amma, Tehranın bu mövqeyi prosesləri dəyişmək gücündə deyil. Xüsusilə, Trampın adını daşıyan yola müdaxilə etmək, İranın intiharı olar. İranın Ali dini rəhbərinin müşaviri,mühafizəkar qanadın öncüllərindən olan Ə. Laricani "Zəngəzur dəhlizinə" qarşı olduqlarını və buna qarşı tədbirlər görəcəklərini bəyan edib.
Ümumiyyətlə, İran 12 günlük müharibədə ABŞ məğlub olub. Demək olar ki, İran 12 İyundan əvvəlki mövqelərə sahib deyil. Eyni zamanda, İranın siyasi elitasında Zəngəzur dəhlizinə baxışda fikir ayrılıqları var. İslahatçı qanadı təmsil edən prezident M. Pezeşkian və onun hökuməti Zəngəzur dəhlizinin əleyhinə deyil. Amma, mühafizəkar qanadı təmsil edən Ali dini rəhbər və ona bağlı olan qurumlar Zəngəzur dəhlizi əleyhinə sərt mövqe ortaya qoyub.
İran regional proseslərə qarşı olmaqla, axına qarşı gedir. Nəticədə özü it çox layihələrdən kənar qalır. Tehran rejimi və Rusiya çalışırdı ki, Cənubi Qafqazda status-kvo dəyişməsin. Qarabağ müharibəsindən sonra, geosiyasi reallıqları qəbul etmədilər. Həmçinin gedən siyasi prosesləri qiymətləndirə bilmədilər. Ona görə də Rusiya Ukraynada ilişib qalıb. İranda 12 günlük mühasirədə dövlət qüruru sındırılmış vəziyyətə düşdü.
Qeyd edim ki, ABŞ və İsrailin İrana növbəti hərbi əməliyyatları istisna deyil. Çünki, Tehran rejimi nüvə proqramından əl çəkmir və Livan. Hizbullahina maliyyə yardımını davam etdirir.
İranın Zəngəzur dəhlizinə qarşı hərbi təzyiqləri Azərbaycan, Ermənistan və Türkiyəni qarşısına almış olar. Çünki, Ermənistan rəsmi şəkildə "Zəngəzur dəhlizinə" razılıq verib. İranın hərbi müdaxiləsi Ermənistan ərazisinə hərbi təcavüz olar. İranın Zəngəzur dəhlizinə mane olmaq potensialı yoxdur. İran növbəti mərhələdə bu dəhlizdən istifadə etmək üçün danışıqlar aparacaq".