Kreml hərbi əməliyyatları dayandırır! Putin-Tramp görüşü ərəfəsində Rusiyada ŞOK HAZIRLIQ

Musavat.com xəbər verir ki, Rusiya dövlət televiziyalarında son günlər diqqətçəkən məzmun dəyişikliyi müşahidə olunur.

Bəzi iddialara görə, artıq Kremlin nəzarətində olan aparıcı informasiya kanallarında "Xüsusi Hərbi Əməliyyat"ın dayandırılmasının zəruriliyi ilə bağlı dolayısı mesajlar verilməyə başlanıb.

Mənbələr bu təbliğatın 15 avqustda Alyaskada keçiriləcək Putin-Tramp görüşü ilə əlaqəli olduğunu bildirirlər. İddialara görə, Rusiya rəhbərliyi ABŞ prezidenti Donald Trampla razılıq əldə etdikdən sonra Ukraynada hərbi əməliyyatları dayandırmaq məcburiyyətində qalacaq.

Məlumata görə, Putin administrasiyası bunun "məcburi qərar" olacağını anlayır. Kreml içində də, artıq "başqa çıxış yolu qalmayıb, verilən müddət bitib" şəklində şərhlər səsləndiyi iddia edilir. 

Analitiklərin fikrincə, dövlət televiziyasında gedən "yumşaq hazırlıq" prosesi, Kreml üçün həssas olan mövzuda ictimai rəyi öncədən formalaşdırmaq məqsədi daşıyır. Verilişlərdə hərbi əməliyyatın davamının Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcəyi, iqtisadi yükün artacağı, beynəlxalq təcridin dərinləşəcəyi barədə xəbərdarlıqlar edilir.

Hazırda Kreml bu iddiaları rəsmi təsdiqləmir, lakin məlumatlı mənbələrə görə, 15 avqustdakı Putin-Tramp görüşü Ukrayna müharibəsində yeni mərhələnin başlanğıcı ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31