Tarixi şəxsiyyətin tarixi missiyası Azərbaycanı dünyada tanıdır - ÖZƏL

"Bütün suallara cavab Müzəffər Liderimizin yürütdüyü siyasətdir."

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Beynəlxalq münasibətlər özünün son dərəcə gərgin, eyni zamanda qeyri-müəyyən bir dönəmini yaşayır. Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan ambivalent durum, digər tərəfdə ənənəvi münasibətlərlə liberal dəyərlər arasında gedən kəskin mübarizə, digər tərəfdən isə resurlar uğrunda gedən savaş ümumi mənzərəni daha bulanıq edir. 

Bütün bunlara baxmayaraq Azərbaycan milli maraqlar üzərindən siyasət yürüdür. Cənab Prezident İlham Əliyevin ABŞ-a səfəri, ABŞ-la münasibətlərdə də yaranan istilik hazırki siyasi proseslər fonunda son dərəcə müsbətdir. Dövlət başçımızın da vurğuladığı kimi itirilmiş dörd illik Bayden-Blinken administrasiyasından sonra Donald Tramp hakimiyyəti ilə olan münasibətlər tamamilə pozitiv məcrada inkişaf edir. Cənab Prezident İlham Əliyev bir müddət öncə də ABŞ-la müsbət hadisələrin olacağı proqnozunu vermişdi. Önəmli amil odur ki, Prezidentimiz Donald Trampı taleyüklü periodda dəstəkləmişdi ki, Trampın bunu unutmadığını bildirməsi önəmli amildir.

Ağ evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olduqca müsbətdir. Birmənalı müsbətdir ona görə ki, regionumuz nəhayət ki, zəhərli sarmaşıqlardan təmizlənir. Bu, müharibə bitər-bitməz uzaqgörən Azərbaycan Prezidentinin təklif etdiyi məsələdir. 

ABŞ səfəri ərəfəsində dövlət başçımızın şəxsinə göstərilən yüksən hörmətin və rəğbətin şahidi olduq. Cənab Prezident İlham Əliyev bütün dünyada Azərbaycan xalqının müsbət obrazını yaradır. Məhz bu tarixi şəxsiyyətin tarixi missiyası sadəcə Azərbaycan xalqının deyil, bütün dünya tarixinin səhifələrində qızıl hərflərlə yazılır.

Donald Tramp biznesmen keçmişə malikdir, hər şeyə bu prinsip və bu təfəkkürlə baxır. ABŞ-ın regionda iqtisadi üstünlüyü artır. Donald Tramp bundan istifadə edərək sülh quruculuğuna da tarixi töhfə verir. Beynəlxalq münasibətlər sisteminin istənilən əməkdaşı ilə qurulan əməkdaşlığa açıq olmaq, sevinmək lazımdır ki, burada isə söhbət dünyanın fövqəl dövlətindən gedir. Bütün suallara cavab Müzəffər Liderimizin yürütdüyü siyasətdir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31