Gürcüstan bu tarixi anı alqışlayır – Kobaxidze
13:55 Siyasət"Gürcüstan Azərbaycan və Ermənistan, eləcə də region və bütün dünya üçün tarixi olan bu anı alqışlayır".
Olaylar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X" hesabında yazıb.
O, Vaşinqtonda sülh sazişinin imzalanmasına görə ABŞ lideri Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana təbriklərini çatdırıb:
"Gürcüstan hər zaman regionda sülh və əməkdaşlığın lehinə çıxış edib və bunu qətiyyətlə dəstəkləməyə davam edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31