Qriqoryandan dəhliz cavabı: “İran da bilirdi, 4-5 il əvvəl…”
13:24 Siyasət"ABŞ-da imzalanan üçtərəfli bəyannamədə regionda blokadanın götürülməsinin suverenlik, yurisdiksiya, ərazi bütövlüyü, eləcə də qarşılıqlılıq prinsipi əsasında baş tutacağı qeyd olunur".
Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Qriqoryan Ermənistanın qeyd olunan prinsiplər əsasın blokadanın götürülməsinə hazır olduğunu əvvəldən bəyan etdiyini bildirib:
"Bunu son 4-5 ildə dəfələrlə bəyan etmişik. Tehran da buna hazır olduğumuzu bilirdi. İran əvvəllər Ermənistanın mövqe və maraqları çərçivəsində blokadanın aradan qaldırılmasının tərəfdarı olduğunu bəyan edib. Ona görə, bu ölkənin də prosesə dəstək olacağını düşünürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31