ABŞ səfirliyi sülh razılaşmasını alqışladı
12:59 SiyasətABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı alqışlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi bəyanat yayıb.
"Birləşmiş Ştatlar bu gün Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır. Prezident Tramp tərəfləri bir araya gətirərək, onilliklərdir davam edən münaqişəyə son qoyan razılaşmaya vasitəçilik edib. Bu, hər iki ölkə üçün irəliyə doğru mühüm addım və Cənubi Qafqazın iqtisadi potensialını reallaşdırmaq üçün böyük fürsətdir. Bu imkan ABŞ xalqına, eləcə də həm Ermənistana, həm də Azərbaycana yeni ticarət əlaqələri və rifah gətirəcək. Biz hər iki ölkəni sülhün yeni dövrünə qədəm qoymaları münasibətilə təbrik edirik"- bəyanatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31