Paşinyan İranı narahat edən suala cavab verdi: “Zəngəzurda…”

"Ağ Evdə imzalanan bəyannamə ilə biz Azərbaycan və Ermənistanın bir-birinə qarşı ərazi iddiasının olmayacağını təsdiqlədik".

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ və Azərbaycanliderləri ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Paşinyan Zəngəzurda İrana qarşı bazanın yerləşdiriləcəyinə dair Ermənistan KİV-də yayılan iddialara münasibət bildirib:

"Orada İrana qarşı heç bir güc komponenti olmayacaq, bundan söhbət gedə bilməz. Əsassız iddialar yaymağa ehtiyac yoxdur".

Qeyd edək ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yol 99 il müddətinə ABŞ-a icarəyə verilib və "Tramp marşrutu" adlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31