Əliyev lazım olanı dedi, mənim başqa sözüm yoxdur – Paşinyan

"Azərbaycan və Ermənistan arasında dönüş nöqtəsi razılaşması əldə olunub, ondan imtina etmək heç bir tərəf üçün faydalı deyil".

Olaylar.az Teleqraf.com-a xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir sülh sazişi üzrə əldə edilmiş razılaşmanın pozula biləcəyindən qorxunun olub-olmaması ilə bağlı sualı belə cavablandırıb:

"Ermənistan və Azərbaycanın ümumi maraqları və ABŞ-nin sülh sazişində iştirakı açıq şəkildə göstərir ki, imtinanın heç bir tərəfə sərfəli ola bilməyəcəyi əlamətdar razılaşma əldə olunub. Bu sualı istənilən saziş və istənilən müqavilə ilə bağlı vermək olar, amma bu gün bəyannamənin imzalanması əhval-ruhiyyəsi, mənim bəyanatlarım, Prezident Trampın bəyanatları, Azərbaycan prezidentinin bəyanatları, məncə, atmosferin müəyyən dəyişikliyindən xəbər verir. Prezident Əliyev erməni jurnalistin oxşar sualını cavablandırıb və mənim buna əlavə etməyə heç nəyim yoxdur".

Paşinyan qeyd edib ki, uzun sürən danışıqlar nəticəsində razılıq əldə olunub və tərəflər rəhbərlik etdikləri ölkələrin maraqlarına cavab verən mətn üzərində razılaşıblar.

Baş nazir vurğulayıb ki, bu sülh anlaşması həm Ermənistan, həm Azərbaycan, həm də region üçün uğurdur: "Əgər nəyisə uğur hesab ediriksə, ondan niyə imtina edək, hansı məqsədlə? Vaz keçməli idiksə, niyə bu mərhələyə çatdıq?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31