Mehriban Əliyeva İlham Əliyevin Vaşinqtonda Donald Tramp və Nikol Paşinyanla görüşü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Prezident İlham Əliyevin Donald Tramp və Nikol Paşinyanla Vaşinqtonda baş tutan görüşü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.

Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!

Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31