Prezident: Əminəm ki, “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək
09:01 SiyasətƏminəm ki, "Exxon" və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində deyib.
Azərbaycanda neftlə bağlı böyük resursların açılması ehtimalını qeyd edən dövlətimizin başçısı "Exxon"un ölkəmizdə böyük təcrübəsinin olduğunu vurğulayaraq bildirib: "Biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, imzalanma mərasimində iştirak etməzdik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31