İlham Əliyev avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək tarixi gün adlandırıb
08:59 SiyasətMən avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm. Şübhəsiz ki, bu gün Azərbaycan və Ermənistan arasında baş verənlər həm də bütün region, Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəs üçün çox əhəmiyyətli olacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan media nümayəndələrinə müsahibəsində bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31