Lukaşenkonun yerinə o gələcək? – Özü danışdı
17:03 SiyasətBelarus Prezidenti Aleksandr Lukaşenko ümid edir ki, onun varisi ölkənin təkamül yolu ilə inkişafını davam etdirəcək.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısı Amerikanın "Time" jurnalına müsahibəsində bildirib.
Jurnalist qeyd edib ki, dövlət başçısının kiçik oğlu Nikolayı Qərb mediasında tez-tez Aleksandr Lukaşenkonun varisi kimi təqdim edirlər.
"Xeyr, o, varis deyil. Nə soruşmaq istədiyinizi bildim. Yox, yox, yox", - Aleksandr Lukaşenko cavab verib.
Belarus dövlət başçısı növbəti müddətə yenidən prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırıb-planlaşdırmadığı məsələsinə də münasibət bildirib: "Xeyr, mən indi planlaşdırmıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31