Rəsmi Bakı Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir
16:56 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib.
Olaylar.az xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında yazılıb.
"Azərbaycan Gürcüstan ilə yaxın tərəfdaşlıq və qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir", - deyə bildirilib.
Xatırladaq ki, 2008-ci il avqustun 8-də Rusiya Gürcüstana hərbi müdaxilə edib.
We fully support the peaceful resolution of conflict in Georgia based on the principles of sovereignty and territorial integrity within internationally recognized borders.#Azerbaijan continues to attach great importance to its close partnership and neighborly relations with...