Ara Abramyan: “Paşinyan Ermənistanı Türkiyə və Azərbaycana vassal edir” – ÖZƏL

Rusiya Erməni İttifaqının rəhbəri Ara Abramyan, Ermənistanın baş naziri Nikol Paşinyanı ölkəni Türkiyə və Azərbaycanın təsirinə salmaqda ittiham edib. 

Olaylar.az xəbər verir ki, o, bu fikirlərini ABŞ-də keçiriləcək Ermənistan-Azərbaycan danışıqları ərəfəsində RİA Novosti-yə açıqlayıb.

Cümə günü Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş planlaşdırılır. Ermənistan hökumətinin məlumatına görə, görüş regionda sülh, rifah və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Tramp bəyan edib ki, Paşinyan və Əliyev Ağ Evdə sülh sazişi imzalayacaq, ABŞ isə hər iki ölkə ilə ikitərəfli iqtisadi əməkdaşlıq razılaşmaları bağlayacaq.

Abramyan "Hətta pis sülh də yaxşı münaqişədən üstündür. Amma yenə gizli şəkildə hansısa sənədin imzalanması ermənilər üçün narahatlıq doğurur. Bu sülh Ermənistana nə verəcək? Azərbaycan ordusu Ermənistanın işğal olunmuş ərazilərindən çıxacaqmı? Qarabağ rəhbərləri də daxil olmaqla erməni əsirlər azad olunacaqmı? On minlərlə deportasiya olunmuş Qarabağ ailəsi evlərinə qovuşacaqmı? Paşinyanın iradəsizliyi fonunda Əliyevin tələbləri və anti-erməni ritorikası hər gün artır" - deyə bildirib.

Onun sözlərinə görə, Əliyev və Paşinyanın Ağ Evdə görünməsi regionda geosiyasi güc bölgüsündə böyük dəyişikliklərin bir hissəsidir. Abramyan əlavə edib ki, Paşinyan 2020-ci ilin oktyabrında müharibəni dayandırmaq imkanı olduğunu özü etiraf etsə də, bunu etməyərək minlərlə gəncin ölümünə səbəb olub.

Abramyan həmçinin ABŞ-nin Ermənistanla bağlı tarixdəki rolunu xatırladaraq bildirib ki, 105 il əvvəl prezident Vudro Vilson Ermənistan-Türkiyə məsələsində vasitəçi kimi çıxış edib və Ermənistana Qara dənizə çıxış vəd olunub, lakin bu reallaşmayıb. "İstəməzdim ki, chr("39")Trampın Ermənistanıchr("39") Vilsonun Ermənistanı kimi aqibət yaşasın" - deyə vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31