İrəvan və Bakı yolları qarşılıqlı olaraq açacaq: Rubinyandan SON DƏQİQƏ açıqlaması

️İrəvan və Bakı yolları qarşılıqlı olaraq "suverenlik və ərazi bütövlüyü prinsipi" əsasında açacaq.

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi və parlamentin vitse-spikeri Ruben Rubinyan deyib.

O, Vaşinqtonda Əliyev-Tramp-Paşinyan görüşü ərəfəsində İrəvanın hansı razılaşmalara hazır olduğunu açıqlayıb:

"Ermənistan ərazisindən keçən bütün yollar və infrastruktur tam şəkildə ölkənin suverenliyi və yurisdiksiyası altında olacaq. Bütün fəaliyyətlər Ermənistan qanunvericiliyinə uyğun həyata keçiriləcək;

Əgər Azərbaycana yollar açılacaqsa, eyni zamanda Ermənistan üçün də qarşılıqlı əsaslarla yolların açılması təmin ediləcək;

Mövcud narahatlıqlar isə əlavə rəsmi açıqlamalar verildikdən sonra aradan qaldırılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31