Paşinyanın mətbuat katibindən AÇIQLAMA : “Ermənistan razılaşmayacaq, yayılan xəbərlər yalandır”
14:51 SiyasətErmənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan İrəvanın "koridor" verilməsi ilə bağlı yayılan iddiaları təkzib edib.
Olaylar.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.
Baqdasaryanın sözlərinə görə, Ermənistanın bu məsələdə razılaşdığı və ya razılaşacağı barədə yayılan bütün məlumatlar həqiqətə uyğun deyil.
O qeyd edib ki, Ermənistanın mövqeyi baş nazir Nikol Paşinyanın bu ilin 16 iyul tarixində keçirdiyi mətbuat konfransında açıq şəkildə və şübhəsiz ifadə olunub:
"Burada başqa məntiqdən söhbət gedə bilməz". (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31