Bu səhifəni açan Prezident İlham Əliyevdir
14:04 Siyasət"Bu gün ABŞ-da Azərbaycan Ermənistan arasında, Azərbaycan ABŞ arasında bır sıra razılaşmaların imzalanması planlaşdırılır. Tarixi bir gün olacaq. 30 ildən çox davam edən işğalçı müharibəyə son qoyulması yolunda ilkin razılaşma, ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Naxçıvana maneəsiz gediş-gəliş, ABŞ-la münasibətlərin yenidən qurulması və s kimi məsələlər regionda yeni bir səhifəninin açılması deməkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu səhifəni açan və orda nə yazılacağını müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu sadaladığım məsələlər hələ 2020-ci ildən onun tərəfindən sülh prinsipləri kimi irəli sürülmüşdür. Bu prinsiplərin qəbul etdirilməsi (qədul edilməsi deyil) üçün Azərbaycan böyük bir yol keçdi. Separatçılığa son qoydu, gücünün daimi və sarsılmaz olduğunu dəfələrlə sübut etdi, xalqın iradəsinin yenilməz olduğunu bütün dünyaya sübut etdi. Məhz bu amillər Ermənistana sülhün yeganə xilas yolu olduğunu qəbul etdirdi. 30 il ərzində bütün beynəlxalq platformalarda "ərazi bütövlüyü prinsipi"nin əleyhinə səs verən Ermənistan son 5 ildə bütün platformalarda bu prinsipin qabardılması üçün hər cür fədakarlıq etdi. Nə dəyişdi Ermənistanı? Prezident İlham Əliyevin dəmir iradəsi və dəmir yumruğu!
Bu gün regionun aparıcı qüvvəsi Azərbaycandır. Azərbaycanın nəhəng layihələri bütün region ölkələrini əhatə edir. Ona görə də, regionda sülhün olması Azərbaycanın maraqlarına xidmət edir. Regionda münaqişə yaratmaq istəyən qüvvələr Azərbaycanın maraqlarına zərbə vurmuş olurlar. Azərbaycan-Ermənistan arasında dayanıqlı sülhün olması, Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi, ABŞ-ın regionda dəstək verici rolununu artması Qafqaz ölkələrinin faydası üçün mühüm mərhələ olacaqdır. Biz daim güclü, bir və diri olmalıyıq! Yeni dünya artıq güclülərin dünyasıdır".