Ağ Evin qarşısında Azərbaycan himni səsləndirildi - Video

Ağ Evin qarşısında Azərbaycan himni səsləndirilib. Musavat.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Xatırladaq ki, avqustun 8-də Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mühüm görüş baş tutacaq. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq görüşün ardından avqustun 9-da (Bakı vaxtı ilə) üç liderin birgə bəyanatla çıxış etməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31