Paşinyanın ən qatı düşməni də ABŞ-a gedir
11:21 SiyasətErməni Apostol Kilsəsinin katalikosu II Qaregin avqustun 8-də ABŞ-a səfər edəcək.
Olaylar.az xəbər verir ki, katalikosun səfərinin bir həftə davam edəcəyi açıqlanıb.
Məlumata görə, II Qaregin ABŞ-da erməni kilsəsinin nümayəndələri ilə görüş keçirəcək.
Qeyd edək ki, artıq bir müddətdir Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsi və II Qareginə qarşı kampaniya başladıb. Paşinyan katalikosun subaylıq andını pozduğunu iddia edir və onu istefaya çağırır.
Xatırladaq ki, hazırda baş nazir də ABŞ-da səfərdədir. Onun bu gün ərzində ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31